05 İyul 2026
Kateqoriyasız

“Barselona”da yeni müqavilə

“Barselona” daha bir futbolçusu ilə müqavilə yeniləyib.

İdmanxeber.com-un məlumatına görə, komandanın müdafiəçisi Adriano klubla müqavilənin müddətini uzadıb. Mövsümün sonunda “Barselona” ilə müqaviləsi başa çatacaq braziliyalı futbolçu komandada qalmaq qərarına gəlib. O, Kataloniya təmsilçisi ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, Adriano 2010-cu ildə “Sevilya”dan “Barselona”ya transfer olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43