Premyer Liqanın 27-ci turunun iki oyunu canlı yayımlanacaq.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolsevərlər “Kəpəz” – “Zirə” və “İnter” – “Neftçi” qarşılaşmalarını “CBC Sport” kanalı vasitəsilə canlı izləyə biləcək.
30 mart
15:00. “Kəpəz” – “Zirə”
Gəncə şəhər stadionu. (canlı/CBC Sport)
18:00. “İnter” – “Neftçi”
“İnter Arena”. (canlı/CBC Sport)

