28 İyun 2026
Kateqoriyasız

“Qarabağ”ın qapıçısı darmadağına sevindi

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisində növbəti oyununa çıxıb. 

İdmanxeber.com-un məlumatına görə, Şehiç Lüksemburqla yoxlama oyununun iştirakçısı olub.

 Fasilədən sonra meydana daxil olan “Qarabağ”ın qolkiperi qapısını toxunulmaz saxlayıb. Matç Şehiçin komandasının 3:0 hesablı qələbəsi ilə tamamlanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43