16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Maltada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ikinci oyununu keçirib.
İdmanxeber.com-un məlumatına görə, yığmamız Malta ilə qarşılaşıb.
İlk görüşündə böyükhesablı qələbəyə sevinən komandamız bu dəfə Maltaya 0:3 hesabı ilə uduzub.
Xatırladaq ki, millimiz turnirdə keçirdiyi ilk oyunda Lixtenşteyn yığmasını 8:0 hesabı ilə məğlub edib.

