Dünyadan

“Yuventus” “Bavariya”nın futbolçusunu alır

“Bavariya”nın müdafiəçisi Mehdi Benatiya mövsümün sonunda komandanı tərk edəcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “Bild” qəzeti məlumat verib.

Mərakeşli futbolçu əsas heyətin tam hüquqlu üzvünə çevrilmədiyindən durumundan narazıdır.

“Yuventus” artıq müdafiəçi üçün təklif göndərməyə hazırlaşır. Turin təmsilçisi onu icarəyə götürüb, sonradan 22 milyon avroya transfer etməyi planlaşdırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43