16 İyun 2026
Kateqoriyasız

Bakıdakı Avropa çempionatının püşkatmasının vaxtı məlum oldu

Aprelin 8-də, Bakı Olimpiya Stadionunda UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016-nın püşkatma mərasimi keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, tədbirdə AFFA-nın rəhbərliyi, Avropa və ölkə futbolunun tanınmış simaları, turnirin UEFA və Yerli Təkilat Komitəsinin üzvləri və digər rəsmi şəxslər iştirak edəcəklər.
Püşkatmadan sonra turnirin UEFA və Yerli Təkilat Komitəsinin rəhbərlərinin, çempionatda çıxış edəcək komandaların nümayəndələrinin iştirakı ilə brifinq təşkil olunacaq.
CBC Sport televiziya kanalında canlı yayım saat 12:00-da başlayacaq.
Bakı Olimpiya Stadionunun mətbuat konfransı zalı  saat 11:30-dan etibarən KİV nümayəndələrinin ixtiyarına veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43