18 İyun 2026
Kateqoriyasız

Bütün stadion “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndirdi (VİDEO)

Asiya Çempionlar Liqasında qrup mərhələsinin oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, Təbrizin “Traktor Sazi” komandası “Paxtakor”u 2:0 hesabı ilə məğlub edərək 4 oyundan sonra 9 xalla qrup lideridir.  “Paxtakor”la baş tutan oyunda son günlərdə Qarabağda yaşanan hadisələrə yerli azarkeşlər biganə qalmayıb. Belə ki, oyun boyu “Qarabağ bizimdir, bizim olacaq”, “Ya Qarabağ, ya ölüm”, “Azərbaycan bir olsun”, “Sən çağırsan gələrəm mən, sən yaşa Azərbaycan”  kimi şüarlar səsləndirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43