26 İyul 2026
İdman

“Synergy Baku” durmadan inkişaf edir”

“Üzüyuxarı yürüşdə iştirak etmək çətin idi. Hamı düşünürdü ki, ən güclü qalib gələcək. Qalib olmadığım üçün məyusam. Yenidən Mügerliyə uduzmaq çox ağır gəlir”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Tour d`Azerbaijan-2016”nın üçüncü mərhələsindən sonra baş tutan mətbuat konfransında Avstryianın “Felbermayr – Simplon Wels” klubunun üzvü, ötən mövsümü “Synergy Baku”nun heyətində keçirən Markus Eybeger deyib.

Bu gün baş tutan üçüncü mərhələdə ikinci yeri tutan Eybeger sabiq klubu “Synergy Baku”nun inkişafda olduğunu qeyd edib: “Synergy Baku” ardıcıl 2 mərhələdə qalib oldu. Bu, böyük nəticədir. Hazırda Azərbaycanda ən yaxş komanda məhz “Synergy Baku”dur. Komanda durmadan inkişaf edir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43