15 İyul 2026
Kateqoriyasız

Cüdoçularımız Qazaxstan qran prisində 3 medal qazandılar

Qazaxstanın Almatı şəhərində keçirilən cüdo üzrə qran pri yarışı Azərbaycan milli komandası üçün uğurlu olub. 

İdmanxeber.com-un məlumatına görə, cüdoçularımız beynəlxalq yarışda 3 medal qazanıblar.

100 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Elxan Məmmədov bütün rəqiblərinə qalib gələrək Qazaxstan qran prisinin qızıl medalına sahib olub. Ağır çəkidə yarışan cüdoçumuz Uşangi Kokauri yalnız finalda uduzaraq gümüş medal qazanıb. Daha bir cüdoçumuz Məhəmmədəli Mehdiyev (90 kq) Almatı qran prisini bürünc medalla başa vurub. Hər üç cüdoçumuz bu uğurlarla Rio olimpiadasına vəsiqə qazanmaq şanslarını yüksəldiblər.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43