15 İyul 2026
Kateqoriyasız

“Oynamaq üçün darıxmışam” – Rahid Əmirquliyev

“Bərpa prosesi yaxşı keçir. Əlimdən gələni edirəm ki, tez bir zamanda formamı geri qaytarım”.

Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Qarabağ”ın futbolçusu Rahid Əmirquliyev deyib.

Ağdam klubunun bir müddətdir ki, zədəli olan üzvü Çempionlar Liqası matçına kimi hazır olacağını bildirir:

“Var gücümlə çalışıram ki, formamı geri qaytarım. Həkimlərin də dediyi kimi hər şey yaxşılığa doğru gedir. Qismət olsun avrokubok oyunlarına kimi tam hazır olacam. Bu il mənim adıma çox uğursuz oldu. Zədə imkan vermədi ki, oynayam. Meydana çıxmaq, futbol oynamaq üçün çox darıxmışam. Buna görə də əlimdən gələni edirəm ki, tez bir zamanda yaşıl meydanlara qayıdım”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43