Premyer Liqada 2015/2016 mövsümünün qalibi olan “Qarabağ”a çempionluq kubokunun təqdim olunacağı vaxt müəyyənləşib.
İdmanxeber.com-un PFL-in rəsmi “facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi Premyer Liqanın sonuncu – 36-cı turunda evdə AZAL-ı qəbul edəcək.
Həmin görüşdən sonra ardıcıl üçüncü mövsüm çempionatın qızıl medallarını qazanan Qurban Qurbanovun komandasına çempionluq kuboku təqdim ediləcək.
Qeyd edək ki, mayın 20-də “Azersun Arena”da keçiriləcək “Qarabağ” – AZAL oyunu saat 19:00-da başlayacaq.

