12 İyul 2026
Milli komanda

Eddi İsrafilov millinin düşərgəsinə gec qoşulacaq

Milli komandamızın üzvü Eddi İsrafilov yığmamızın Avstriyada keçiriləcək hazırlıq prosesinə bir qədər gec qoşulacaq.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, E. İsrafilov İspaniya çempionatının oyunları ilə əlaqədar mayın 30-da millimizin düşərgəsində olacaq.

Komandamızın təlim-məşq toplanışı mayın 23-dən iyunun 4-dək davam edəcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43