24 Oktyabr 2024
Kateqoriyasız

“Qarabağ”ın Çempionlar Liqasındakı bütün potensial rəqibləri (SİYAHI)

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın bu turnirdəki bütün potensial rəqibləri məlum olub.

İdmanxeber.com-un məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq:

I təsnifat mərhələsi

Səpələnmişlər: TNS (Uels), “Flora” (Estoniya), “Valletta” (Malta), “Santa Koloma” (Andorra), “Torshavn” (Farer adaları);

Səpələnməmişlər: “Linkoln” (Cəbəllütariq), “Alaskert” (Ermənistan), “Liepaya” (Latviya), “Feronikeli” (Kosovo), “Tre Penne” (San-Marino).

II təsnifat mərhələsi

Səpələnmişlər: “Zalsburq” (Avstriya), “Seltik” (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), “Leqiya” (Polşa), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Kopenhagen” (Danimarka), “Qarabağ” (Azərbaycan), “Rusenborq” (Norveç), “Astana” (Qazaxıstan), “Skenderbeu” (Albaniya), “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Tiflis, Gürcüstan), “Hafnarfyordür” (İslandiya), “Trençin” (Slovakiya), “Şerif” (Moldova);

Səpələnməmişlər: “Olimpiya” (Sloveniya), “Düdelanj” (Lüksemburq), “Ferentsvaroş” (Macarıstan), “Vardar” (Makedoniya), “Dandalk” (İrlandiya), SİK (Finlandiya), , “Norçöpinq” (İsveç), “Kruzaders” (Şimali İrlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Mladost” (Monteneqro), “Jalqiris” (Litva), “Hapoel” (Beyer-Şeva, İsrail), I təsnifat mərhələsinin 5 qalibi.

Qeyd edək ki, Çempionlar Liqasının püşkü iyunun 20-də UEFA-nın mənzil-qərargah şəhəri olan Nyonda atılacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43