23 Oktyabr 2024
Kateqoriyasız

Ruslan Abışova daha bir müştəri: Syominin oğlu futbolçumuzu məşhur kluba aparır (ÖZƏL)

Öncədən də xəbər verdiyimiz kimi, “Qəbələ”dən ayrılan Ruslan Abışov İranın “İstiqlal Tehran” komandasının maraq dairəsindədi.

Məsələ burasındadır ki, “İstiqlal” klubu Abışovu Tehrana birbaşa müqaviləyə dəvət edib. 

İdmanxeber.com-un əldə etdiyi özəl məlumata görə, millimizin də şərəfini qoruyan futbolçuya daha bir klub müştəri çıxıb. Belə ki, Moskva “Dinamo”su futbolçumuzun xidmətində maraqlıdı. “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin oğlu Andrey Syomin Ruslanı “Dinamo”ya aparmaqda israrlıdı. Artıq futbolçu iki klub arasında seçim etməlidi. Abışov ya “İstiqlal Tehran”a, ya da Moskva “Dinamo”suna “hə” deməlidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43