23 Oktyabr 2024
Kateqoriyasız

Reynaldo və Ramos cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan kubokunun “Qarabağ” – “Neftçi” final matçının 120-ci dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.

Oyunun 120-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Erik Ramos kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

Oyunun 120+1-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Reynaldo Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün iki oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43