22 Oktyabr 2024
Kateqoriyasız

Azərbaycan – Kanada: hakimlər bəlli oldu

Avstriyada təlim-məşq toplanışı çərçivəsində milli komandamızın Kanada yığması ilə keçirəcəyi yoldaşlıq oyununu idarə edəcək hakimlər bəlli olub.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, oyunu  İsveçrələri hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Saşa Amhof olacaq. Ona Stefan de Almeyda və Vital Yobin kömək edəcək. Matçın dördüncü hakimi funksiyasını Adrien Jaccottet yerinə yetirəcək.
Qeyd edək ki, oyun iyunun 3-də keçiriləcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43