“Zirə”nin hücumçusu Nelson Bonilla Salvador mətbuatına verdiyi açıqlamada gələcək karyerası haqda danışıb.
İdmanxeber.com-un məlumatına görə, 25 yaşlı forvard böyük ehtimalla “Zirə”də qalacağını bildirib:
“Bir neçə komanda mənim xidmətlərimdə maraqlıdır. “Dinamo” (Buxarest), “Qarabağ” və “Partizan”a keçmək variantlarım da var. Çox güman “Zirə”də qalacam. Bütün diqqətimi millinin oyunlarına cəmləmişəm. Ermənistanla oyunda yaxşı nəticə qazanmaq istəyirik”.