22 Oktyabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran”ın sabiq kapitanı rəsmən “Zirə”də

“Zirə”də heyətlə bağlı çalışmalar davam edir.

İdmanxeber.com-un məlumatına görə, komanda ilk transferini reallaşdırıb. Belə ki, “Xəzər Lənkəran”ın sabiq kapitanı Tural Cəlilov “qartallar”ın sırasına qoşulub. Klub təcrübəli müdafiəçi ilə bir illik müqavilə imzalayıb.

Xatırladaq ki, Tural Cəlilov ötən mövsüm “Xəzər Lənkəran” klubunun şərəfini qoruyub. Peşəkar karyerasına “Ədliyyə”də başlayan Tural “Gənclərbirliyi”, “Simurq” və “Rəvan”da da çıxış edib.

T.Cəlilov Azərbaycan yığmasının da formasını geyinib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43