“Zirə”nin futbolçusu Nurlan Novruzov İranın “Saipa” klubunu aldadıb.
İdmanxeber.com-a daxil olan məlumata görə, mövsümün sonunda “Zirə” ilə müqaviləsi başa çatan forvard İran klubundan gələn təklifə “hə” deyib. Hətta müqavilə imzalamaq üçün İrana yola düşməli olan Novruzov “Zirə”nin yeni sözləşməsinə “yox” deyə bilməyib və “Saipa” klubunu aldadıb.
Qeyd edək ki, N.Novuzov “Zirə” ilə 1 illik müqavilə imzalayıb.