“Qəbələ” “İnter”in yarımmüdafiəçisi Nika Kvekveskirini heyətinə qatmağa yaxındır.
İdmanxeber.com-un məlumatına görə, Gürcüstan millisinin futbolçusu ilə ilkin razılıq əldə olunub.
“Qəbələ” Gürcsütan millisinin düşərgəsində olan futbolçunun Azərbaycana qayıtmasını gözləyir. Təcrübəli futbolçu ilə 1 illik müqavilə imzalanacağı gözlənilir.