"Fənərbağça"nın futbolçusu Bruno Alveş karyerasını İtaliya A seriyasında davam etdirəcək.
İdmanxeber.com-un məlumatına görə, portuqaliyalı müdafiəçi artıq yeni klubu ilə müqavilə imzalayıb.
Hələlik 35 yaşlı futbolçunun italyanlarla hansı müddətə anlaşması ilə bağlı məlumat verilmir.
Qeyd edək ki, “Kalyari” ötən mövsüm İtaliya B seriyasını 2-ci pillədə tamamlayıb və A Seriyasına vəsiqə qazanıb.