22 Oktyabr 2024
Kateqoriyasız

De Xea “Real” transfer olmayacaq

“Real” David De Xeanı transfer etmək fikrindən daşınıb. 

İdmanxeber.com-un məlumatına görə, bu barədə xəbəri “kral klubu”na yaxınlığı ilə bilinən “Marka” nəşri yayıb.

Bildirilib ki, baş məşqçi Zinəddin Zidan yeni mövsümdə əsas qapıçı kimi Keylor Navasa güvənməyi planlaşdırır. Ona görə də qapıçı transferi üçün əlavə xərclərə gərək olmadığını deyib.

Üstəlik Joze Mourinyonun baş məşqçi olmasından sonra “Mançester Yunayted”in onu çətin buraxacağını qeyd edən ispan həmkarlarımız bu keçidin böyük ehtimalla baş tutmayacağını vurğulayıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43