28 İyun 2026
Kateqoriyasız

UEFA üçün rekord gəlir

Ötən gecə start götürən Avropa çempionatı artıq bir sıra nüanslarla tarixə düşüb. 

İdmanxeber.com-un məlumatına görə, Fransada keçiriləcək qitə birinciliyi turnirin tarixi ərzindəki ən çox gəlir gətirən yarış olacaq.

Qitənin ali futbol qurumu qarşıdakı bir ay ərzində davam edəcək birincilikdən rekord məbləğdə 2 milyard avro gəlir əldə edəcək. Bu isə 4 il öncəki çempionatdan 600 milyon avro daha çoxdu. Gəlirdə belə böyük artım ilk növbədə turnirinin iştirakçılarının 16-dan 24-dək artırılması ilə bağlıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43