Fransada təşkil olunan futbol üzrə Avropa çempionatında qrup mərhələsinin oyunları davam edir.
İdmanxeber.com-un məlumatına görə, bu gün D qrupunda bir oyun keçiriləcək.
Qardaş Türkiyə milli komandası turnirin ilk matçında Xorvtiya ilə üz-üzə gələcək. Parisdə baş tutacaq oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, qrupun digər oyunu İspaniya – Çexiya matçı sabah keçiriləcək.
12 iyun
D qrupu
17:00. Türkiyə – Xorvatiya 0:1
QOL: Modriç, 41
Baş hakim: Yonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenius və Daniel Varnmark
Əlavə köməkçi-hakimlər: Stefan Yohanesson və Markus Strömberqsson (hamısı İsveç)
Paris. "Park de Prins" stadionu.

