12 İyul 2026
Ölkə futbolu

Türkiyə mediasında “Kəpəz”ə qarşı təxribat

Türkiyə mediası “Kəpəz” klubu ilə bağlı ciddi səhvə yol verib. 

 İdmanxeber.com-un anspress.com-a istinadən verdiyi məlumata görə, TRTspor-un saytı, Eurosport-un türkiyə versiyası, Hürriyət və digər saytlar “Kəpəzi” erməni klubu kimi qələmə verib.

Artıq yanlişliğa yol verən saytlar texniki səhvi aradan qaldırıblar.

AFFA-nın mətbut katibi Mikayıl Nərimanoğlu bununla bağlı tədbir görüləcəyini bildirib.

“Kəpəz”ə qarşı bir neçə yolla təxribatlara əl atırlar. Bu yol verilməzdir. Dərhal öz narazılığımızı bildirdik və məsələ həll olundu”, – Mikayıl Nərimanoğlu bildirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43