Avropa Liqasında “Qəbələ” ilə qarşılaşacaq Macarıstanın MTK klubunun baş məşqçisi Teodor Vasiliş II təsnifat mərhələsində “qırmızı-qaralar” ilə keçiriləcək oyun haqda danışıb.
İdmanxeber.com-un məlumatına görə, o, “Qəbələ” ilə oyunların çətin olacağını deyib:
“Avropa Liqasının ikinci təsnifat mərhələsinin oyunlarını səbirsizliklə gözləyirəm. Bu mərhələdə qarşılaşacağımız Azərbaycanın “Qəbələ” klubu ciddi rəqibdir. Bizim üçün çətin olacaq”.
Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 14-də Macarıstanda keçiriləcək.

