Növbəti mövsümə hazırlaşan paytaxt klubları AZAL və “İnter” bir-biriylə qarşılaşıb.
İdmanxeber.com-un məlumatına görə, “İnter” rəqibini minimal hesabla məğlub edib.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan matçda yeganə qolu 72-ci dəqiqədə yeni transfer Məmməd Quliyev vurub.