22 Oktyabr 2024
Ölkə futbolu

Tadas Simaitis: “Cavab matçı ilk oyunun oxşarı olacaq”

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Kəpəz” Avstriyanın “Admira” klubunu qəbul edəcək. 

İdmanxeber.com-un məlumatına görə, matç öncəsi “sarı-göylər”in qolkiperi Tadas Simaitis oyunla bağlı fikirlərini klub saytı ilə bölüşüb:

 “Hələ ilk oyunda bütün futbolçular yaxşı nəticə qazanmaq üçün meydanda gücünü qoydular. “Admira” oynadığı oyunla yaxşı komanda olduğunu göstərdi. Səfərdə qeydə alınan hesab oyuna görə oldu. Amma bu hesab bizdə ümid yaradıb. Düşünürəm ki, Bakıda qələbə qazanmaqla növbəti mərhələyə adlaya bilərik. Cavab matçı ilk oyunun oxşarı olacaq. Müdafiədə etibarlı oynayıb qol buraxmamağa çalışmalıyıq. Eyni zamanda qol vurmaq üçün vaxtımızı gözləməliyik. Rəqibin mərhələ keçmək şansı yüksək qiymətləndirilir. Lakin vuracağımız qol oyunun taleyini dəyişdirə bilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43