22 Oktyabr 2024
Dünyadan

“Qalatasaray” heyətini gəncləşdirir

“Qalatasaray” klubu Aleks Tellesi “Portu”ya 6,5 milyon avroya satdıqdan sonra sol cinahda Lionel Karola alternativ axtarır.

İdmanxeber.com-un məlumatına görə, “sarı qırmızılılar” Almaniyanın gənclərdən ibarət milli komandasında oynayan türk əsilli Erdinç Karataşı transfer etməyə yaxındır.

18 yaşlı sol cinah müdafiəçisi üçün İstanbul klubu “Şalke”yə 1 milyon avro təklif edib. Alman klubu yüksək potensiala sahib futbolçu üçün gələn təklifə hələ ki qəti qərar verməyib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43