Azərbaycanın FİFA referisi Əliyar Ağayev 19 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının final matçını idarə edib.
İdmanxeber.com-un məlumatına görə, finalda Fransa İtaliya ilə qarşılaşıb.
Görüş fransızların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Ağayev bu oyunda 2 dəfə fransalıları, 5 dəfə isə italyanları sarı vərəqə ilə cəzalandırıb.