Son olaraq Azərbaycanın 1-ci diviziya təmsilçisi “Şəmkir”də forma geyən İlham Allahverdiyev karyerasını Türkiyədə davam etdirəcək.
İdmanxeber.com-un “Bartınspor”un rəsmi feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, 23 yaşlı forvard adıçəkilən klubla anlaşıb.
Qeyd edək ki, İlham Allahverdiyev ötən mövsüm “Şəmkir”in heyətində 14 qol vurub və Türkiyənin Regional Həvəskar Liqasında top qovacaq.