DÇ-2018-in seçmə mərhələsində Xorvatiya millisinin qonağı olacaq Türkiyə millisi ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, “ay-ulduzlular”ın gənc futbolçusu Enes Ünal zədələnib. Hollandiyanın “Tvente” klubunun futbolçusu son məşqlərin birində qasıq nahiyəsindən zədə aldığı üçün millinin heyətindən kənarlaşdırılıb.
Qeyd edək ki, Xorvatiya – Türkiyə matçı bu gün Bakı vaxtı ilə 22:45-də baş tutacaq.

