04 İyul 2026
Ölkə futbolu

AFFA, PFL və Məşqçilər Komitəsi qərar verdi

AFFA-nın İcraiyyə Komitəsinin 29 avqust 2016-cı il tarixli iclasında Birinci divizionda yaş və legioner limitinin müəyyənləşdirilməsi AFFA, Peşəkar Futbol Liqası və Məşqçilər Komitəsinə həvalə olunmuşdu.

İdmanxeber.com-un məlumatına görə, bu gün AFFA-nın inzibati binasında AFFA, PFL və Məşqçilər Komitəsinin birgə iclası keçirilib. 

Aparılmış müzakirələrdən sonra aşağıdakı qərar qəbul olunub:

– Birinci divizionda 2016-2017-ci il mövsümündə limit 5 yerli futbolçu (təvəllüdü 1994-cü il və sonra), 4 yerli futbolçu yaş məhdudiyyəti olmadan və 2 legioner olmaqla müəyyənləşsin.

– Birinci divizion klublarına yerli qapıçıların xidmətindən yararlanmaq tövsiyə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43