04 İyul 2026
Ölkə futbolu

Rövnəq Abdullayevin oğlu sədr təyin olundu

"Səbail"inn I divizyonda ilk oyununa 2 gün qaldı. 

İdmanxeber.com-un klubun rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, oyunlar ərəfəsində "Səbail" Futbol Klubunun Müşahidə Şurası ənənəvi hesabat iclası keçirib. 

Bayıl Arenada baş tutan iclasda komandanın oyunlara hazırlıq prosesi, təşkilat işləri ətraflı müzakirə olunub.

Daha sonra klubun Müşahidə Şurasının sədri vəzifəsinə seçki keçirilib. Rəşad Rövnəq oğlu Abdullayev yekdilliklə "Səbail" Futbol Klubunun Müşahidə Şurasının Sədri seçilib. Müşahidə Şurasının sabiq sədri Yusif Həsənov isə MŞ-nin qərarı ilə klubun icraçı direktoru vəzifəsinə təyin olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43