12 İyul 2026
Dünyadan

Madrid “Real”ında ciddi itki

Madrid “Real”ının futbolçusu Qəret Beyl zədələnib.

İdmanxeber.com-un məlumatına görə, Çempionlar Liqasının ilk turunda “Sportinq”lı keçirilən matçda zədələnən futbolçu həkimlərin müayinəsində olub.

Klubun “ağ xalatlılar”ı 18 sentyabrda baş tutacaq “Espanyol” ilə matçda uelsli futbolçusunu meydana buraxmağı məsləhət görmür. Böyük ehtimalla, Beyl bu matçı buraxacaq.

Lakin, o, 3 gün sonra keçiriləcək “Vilyareal” matçında iştirak edə biləcək


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43