Bu gün Çempionlar Liqasının 2017/18 mövsümünə start veriləcək.
İdmanxeber.com-un məlumatına görə, 1-ci təsnifat mərhələsində qitənin ən aşağı reytinqə malik 10 ölkənin çempionları mübarizə aparacaq.
İlk mərhələdə 5 oyun baş tutacaq. İlk 4 oyun bu gün, 1 qarşılaşma isə (“Linfild” (Şimali İrlandiya) – “Fiorta” (San Marino) matçı) sabah keçiriləcək.
Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi
27 iyun
20:00 Alaşkert (Ermənistan) – Santa Koloma (Andorra)
22:00 Hibernians (Malta) – Tallin (Estoniya)
22:00 TNS (Uels) – Europa (Cəbəllütariq)
22:00 Vikinqur (Farer adaları) – Trepça (Kosova)
28 iyun
22:45 Linfild (Şimali İrlandiya) – Fiorta (San Marino)