“Real” yeni mövsüm üçün ikinci transferini həyata keçirib.
İdmanxeber.com-un məlumatına görə, Madrid təmsilçisi “Betis”in yarımmüdafiəçisi Dani Sabilyasla 6 ilik müqavilə imzalayıb.
İspaniya mətbuatı bu transfer üçün “Real”ın 15-18 milyon avro təzminat ödədiyini yazıb.
Qeyd edək ki, “Real” bundan əvvəl “Atletiko”dan Teo Hernandesi transfer edib.

