Türkiyə Super Liqasının yeni mövsümünə hazırlaşan “Bursaspor” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçını keçirib.
Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası bu dəfə İtaliyanın “Südtirol” klubu ilə qarşılaşıb. Oyun futbolçumuzun komandasının inamlı qələbəsi ilə başa çatıb – 3:1.
Baş məşqçi Pol Le Quen əvvəlki yoxlama oyunlarında meydana buraxmadığı yığmamızın forvardına bu dəfə start heyətdə şans verib. 45 dəqiqə meydanda olan Yılmaz 20-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.
Əvvəlki oyunlarda meydana çıxan Azərbaycanın gənclərdən ibarət millisinin futbolçusu Ozan Can Kökcü isə İtaliya klubu ilə görüşdə şans qazanmayıb.