“Barselona”nın futbolçu Arda Turan Türkiyə millisinə dönmə qərarını verib.
İdmanxeber.com-un məlumatına görə, bu qərarı o, yeni baş məşqçi Mirça Luçesku ilə danışıqdan sonra verib. Rumıniyalı mütəxəssis Ardaya ehtiyacı olduğunu, Ardanın isə milliyə ehtiyacı olduğu qeyd edilib.
Xatırladaq ki, Arda jurnalistlə mübahisədən sonra millidən kənarlaşdırılmışdı. Lakin Fatih Terimin yerinə gətirilən Luçesku yarımmüdafiəçini yenidən onu komandaya dəvət edib.