02 İyul 2026
İdman

“Kopenhagen”in futbolçusu: “Bu missiyanın öhdəsindən gələ biləcəyimizə əminəm”

“Sirr deyil ki, hələ istədiyimiz səviyyəyə çatmamışıq. Amma üzərimizdə çox çalışırıq. Oyunumuzda irəliləyiş var. Ancaq yenə də daha da yaxşı oynamalıyıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Kopenhagen”in futbolçusu Peter Ankersen klubun saytına deyib.

26 yaşlı müdafiəçi onları şənbə günü “Syonneryusk”a qarşı keçirəcəyi oyunu düşündüyünü bildirib: “Daha sonra diqqətimizi növbəti görüşə yönəldəcəyik. Azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik. Bu missiyanın öhdəsindən gələ biləcəyimizə əminəm”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43