UEFA-nın yeni reytinqi açıqlanıb.
İdmanxeber.com-un qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Çempionlar Liqasında keçirilən 5 görüşdən sonra siyahıda müəyyən dəyişikliklər olub.
Şotlandiyanın 4 pillə irəliləməsi Azərbaycanın 1 pillə geriləməsinə səbəb olub. “Seltik”in Çempionlar Liqasının qrupuna düşməsi ilə Şotlandiya 22-ci sıraya yüksəlib. Bu səbəbdən Azərbaycan 23-cü yerə enib.
Ölkəmizin son 5 mövsümə əsasən hesablanan reytinq xalı 17,625-dir.
Qeyd edək ki, siyahıya 90,141 xalla İspaniya başçılıq edir.

