“Altı ağır matç oynayacağıq. Bu, çətin məsələdir. Məsələn, bunun içində Azərbaycana uzun səfər var”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Roma”nın meneceri Umberto Qandini Çempionlar Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
“Qarabağ”ın ÇL-dəki qrup mərhələsindəki rəqiblərindən biri olan İtaliya klubunun rəsmisi yerli mətbuata açıqlamasında həm A seriyasında, həm də ÇL-də oynamağın çətin olduğunu bildirib: “Amma böyük klublara qarşı çıxış etmək sevindiricidir. Azərbaycana səyahət bizi narahat edən amildir. Ancaq həmin oyuna ən yaxşı şəkildə hazırlaşacağıq. Dekabr ayında harada olacağımız bizim öz məsuliyyətimizdən asılıdır”.