08 İyul 2026
İdman

UEFA söz-söhbəti aradan qaldırdı: “Qarabağ” Olimpiya stadionunda oynamayacaq!

Çempionlar Liqasında “Qarabağ”ın ev və səfər oyunlarını keçirəcəyi stadionların adları açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan çempionu bütün rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Beləliklə, komandanın ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirməyəcəyi qətiləşib.

Qeyd edək ki, Ağdam komandası sentyabrın 27-də İtaliyanın “Roma”, oktyabrın 18-də İspaniyanın “Atletiko” və noyabrın 22-də İngiltərənin “Çelsi” klubları ilə Bakıda qarşılaşacaq.

“Qarabağ”ın rəqiblərindən olan “Atletiko” ev oyunlarını “Estadio Metropolitano”, “Çelsi” əvvəlkitək “Stemford Bric”, “Roma” isə “Olimpiko” stadionunda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43