13 İyul 2026
İdman

“Qarabağ” “Benfika”nın futbolçusunu istəmişdi…

Pedro Enrike, Tarik Elyunussi və Ramil Şeydayev transferləri ilə yay bazarlığını bağlayan "Qarabağ"ın Portuqaliyadan futbolçu gətirmək variantı olub.

İdmanxeber.com-un desporto.sapo.pt saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi "Benfika"nın uğurları üçün çalışan Ola Conu sıralarına qatmaqda maraqlı olub. "Köhlən atlar"la yanaşı Yunanıstanın "Panatinaikos" kollektivi də hollandiyalı yarımmüdafiəçini rənhlərinə bağlamaq istəyib. Bununla belə hər iki komandanın təklifini geri çevirən 25 yaşlı oyunçunun Türkiyə Superliqa təmsilçisi "Sivasspor"a keçəcəyi ilə bağlı xəbərlər yayılıb.

Qeyd edək ki, Liberiya əsilli holland futbolçu 2012-ci ildən “Benfika”nın üzvüdü. Con bu müddət ərzində “Hamburq”, “Ridinq”, “Vulverhempton” və “Deportivo” klublarında icarə əsasında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43