24 Noyabr 2024
İdman

“Kəpəz”in gəncəli oyunçusunun zədəsi ciddidi

“Kəpəz”in futbolçusu Fərid Məmmədov ciddi zədə alıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, gənc hücumçu qış fasiləsinə kimi müalicə olunacaq.

Bir müddət öncə MRT müayinəsi zamanı Məmmədovun dizin yan kollateral bağında qismi qopma və menisküsda ikinci dərəcəli degenerasiya aşkar olunmuşdu. Zədə ağır olsa da, cərrahiyə əməliyyatına ehtiyac duyulmayıb. Fəridin müalicə prosesi 20 gün davam edəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43