Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Qırğızıstan yoldaşlıq oyununa təyinatlar açıqlanıb.
İdmanxeber.com-un məlumatına görə, görüşü Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Ali Palabıyık olacaq. Ona Serkan Olquncan, İbrahim Çağlar Uyarcan və Alper Ulusoy (4-cü hakim) köməklik edəcəklər.
Qeyd edək ki, qarşılaşma 20:00-da başlayacaq.