“Sumqayıt” Əfran İsmayılovun ardından daha bir futbolçu ilə müqavilə bağlayıb.
İdmanxeber.com klub saytına istinadən xəbər verir ki, ötən mövsümü “Qəbələ”də keçirən Elvin Məmmədov qarşıdakı mövsümdə “Sumqayıt”ın şərəfini qoruyacaq.
Nəzərinizə çatdıraq ki, Elvin Məmmədov “Qəbələ” (11 oyun, 2 qol) ilə yanaşı “Turan” (47 oyun, 3 qol), “İnter” (52 oyun, 5 qol), “Qarabağ” (70 oyun, 3 qol), “Bakı” (73 oyun, 3 qol) və “Zirə”nin (40 oyun 5 qol) uğurları üçün çalışıb. 2008-ci ildə ilk dəfə əsas milliyə dəvət almış Elvin yığmamızın heyətində 37 qarşılaşmada 7 qola imza atıb.