27 İyul 2026
İdman

“Qarabağ” İtaliyadan futbolçu transfer edir?

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” heyətinə daha bir qapıçı cəlb etməyə hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu  “Virtus Entella” ilə yolları ayıran Alessandro Yakobuççi ilə maraqlanır. 27 yaşlı italiyalı qolkiperi  “Qarabağ”la yanaşı, “Olimpiakos”un da transfer etmək istədiyi iddia olunur.

Xatırladaq ki, “Qarabağ”  bu yay iki qapıçı –  Hannes Halldorsson və Vaqner da Silvanı transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43