27 İyul 2026
İdman

“Keşlə” Maltaya yola düşdü

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Keşlə” “Baltsan”la oyun üçün Maltaya yola düşüb

İdmanxeber.com-un məlumatına görə, Türkiyədəki təlim-məşq toplanışını başa vuran komanda İstanbuldan Maltaya yola düşüb.

Xatırladaq ki, “Keşlə”nin Maltada “Baltsan”a qarşı keçirəcəyi oyun iyulun 12-də reallaşacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq. Cütün cavab görüşü iyulun 19-u, Bakıda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43