UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ” sabah səfərdə Sloveniyanın “Olimpiya” klubu ilə münasibətlərə aydınlıq gətirəcək.
Klubdan İdmanxeber.com-a verilən məlumata görə, “Qarabağ” sabahkı oyuna tam heyətlə hazırdı. Yalnız yeni transfer Hannes Halldorsson zədə səbəbindən Lyublyanadakı matçı buraxacaq.
Qeyd edək ki, “Olimpiya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

